olkepress.com
olkepress.com

“Rusca bilirəm, amma Azərbaycan dilində cavab verəcəyəm” - Qurban Qurbanov

27-07-2022, 10:58

“Rusca bilirəm, amma Azərbaycan dilində cavab verəcəyəm” - Qurban Qurbanov

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix”lə (İsveçrə) keçiriləcək cavab matçı üçün təşkil edilən mətbuat konfransında maraqlı anlar yaşanıb.

Olkepress.com xəbər verir ki, Sürixdəki mətbuat konfransında yerli jurnalistlərdən biri Qurbanova rus dilində sual verib və qeyd edib ki, rus dilində danışa bildiyini eşidib.

Baş məşqçi isə cavabında "Rusca bilirəm, amma Azərbaycan dilində cavab verəcəyəm” deyib.

Sualı dinləyən çalışdırıcının cavabı Azərbaycan dilində olub.

Qeyd edək ki, sabah keçiriləcək "Sürix” - "Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə Ağdam təmsilçisi 3:2 hesablı qələbə qazanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi