olkepress.com
olkepress.com

Beynəlxalq Olimpiya gününə həsr olunmuş konfrans keçiriləcək

22-06-2022, 17:07

Beynəlxalq Olimpiya gününə həsr olunmuş konfrans keçiriləcək

İyunun 24-25-də Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə Beynəlxalq Olimpiya Gününə həsr olunmuş “İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Ölkəpress.com xəbər verir ki, konfransın məqsədi idmanın inkişafında son elmi nailiyyətlərin birgə müzakirəsi və təcrübə mübadiləsidir.
Konfransda respublikamızın bədən tərbiyəsi və idman sahəsində görkəmli mütəxəssisləri ilə yanaşı Böyük Britaniyanın London Kollec Universiteti (UCL), London İmperial Kolleci, Volverhampton Universitetinin, Türkiyənin Eskişehir Texniki Universiteti, Rusiyanın MGİMO, Lomonosov adına Moskva Dövlət Universiteti və digər ali məktəblərin professor heyətinin iştirakı gözlənilir.

Maykl Pol Luzmor, Denis Remedios, Roman Yahoda, Taro Netzer, Endi Leyn, Hayri Ertan, Artem Malqin, Nikolay Peşin kimi beynəlxalq səviyyədə tanınmış mütəxəssislər öz bilik və təcrübələrini konfrans iştirakçıları ilə bölüşmək üçün ölkəmizə səfər edəcəklər.

Konfransın Baku Marriott Hotel Boulevard otelində keçiriləcək ilk günündə idman elminin idman psixologiyası, idman tibbi, idman menecmenti və idman hüququ kimi istiqamətləri üzrə aktual mövzularda məruzələr təqdim ediləcək.

Konfransın ikinci günü “İdmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi”, “Bədən tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması” və “Bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili” bölmələrində maraqlı təqdimatlar və müzakirələrlə ASAPES-də davam edəcək.

Konfransın təşkilat komitəsi media nümayəndələrini tədbirə dəvət edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi