Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının qalibi olan minifutbol millimiz bu gün Vətənə dönüb.Ölkəpress.com-un xəbərinə görə, Elşad Quliyevin baş məşqçisi olduğu millimizi azarkeşlər, futbol ictimaiyyəti qarşılayıb.
Qeyd edək ki, millimiz tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniya millisinə 1:0 qalib gələrək qızıl medalların sahibi olub.