olkepress.com
olkepress.com

Emrelinin komandası Xorvatiya çempionu oldu

16-05-2022, 12:05

Emrelinin komandası Xorvatiya çempionu oldu

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su bu mövsüm Xorvatiya Liqasında çempionluğu təmin edib.

Ōlkəpress.com xəbər verir ki, komanda səfərdə “Sibenik”ə 2:0 hesabı ilə qalib gələrək çempionluğua nail olub. Bu qələbə ilə xalını 76-ya çatdıran Zaqreb təmsilçisi yarışın bitməsinə 1 tur qalmış ən yaxın izləyicisi “Hayduk” üçün (72 xal) əlçatmaz olub və çempionluğu rəsmiləşdirib.

Mahir sözügedən görüşdə sonadək ehtiyatda qalıb.

Beləliklə, “Dinamo” tarixində 23-cü dəfə ölkə çempionu olub. M.Emreli də legioner kimi ilk çempionluğu yaşayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi