olkepress.com
olkepress.com

“Sabah” tarixinin iki rekorduna imza atıb

25-04-2022, 17:30

“Sabah” tarixinin iki rekorduna imza atıb

“Sabah” komandası tarixinin iki rekorduna imza atıb.

Ōlkəpress.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, XXIV turda "Şamaxı"nı 5:1 hesabı ilə üstələyən paytaxt klubu Premyer Liqada ən böyükhesablı qələbəsini qazanıb, həmçinin özünün ən yüksək məhsuldarlığını nümayiş etdirib.

Komanda indiyədək heç vaxt 3-dən çox qol vurmayıb. 12 qarşılaşmada üç top vuran və bunların yarısında 3:0 hesabı ilə qalib gələn “Sabah” həm ilk dəfə 4 top fərqi ilə qalib gəlib, həm də ilk dəfə 4 və ya daha çox – 5 qol vurub.

Hər iki nailiyyət klub tarixinin Premyer Liqadakı yubiley – 100-cü matçında qeydə alınıb. “Sabah” bu oyunlarda 30-cu qələbəsini qazanıb. Zurab Oçiqava komandasının ikinci qoluna imza atmaqla bakılıların Premyer Liqadakı 100-cü qolunu vurub.

Bu, 50-ci ev matçındakı 15-ci qələbə kimi tarixə düşüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi