olkepress.com
olkepress.com

Azərbaycanlı məşqçi Super Liqa klubunda təcrübə keçib

14-03-2022, 20:01

Azərbaycanlı məşqçi Super Liqa klubunda təcrübə keçib

“Atletiko Bakı” futbol klubunun məşqçisi Namiq Cəfərov 10 gün Türkiyə Super Liqası təmsilçisi “Alanyaspor”da təcrübə keçib.

Bu barədə “Alanyaspor” Futbol Klubunun saytında məlumat verilib.

Bildirilib ki, əsas və gənclərdən ibarət komandanın məşqini izləyən Namiq məşqçilərlə də görüşlər keçirib.

Cəfərov stajını başa vurduqdan sonra klubun prezidenti Həsən Çavuşoğlunu da ziyarət edərək ona təşəkkür edib.

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi