olkepress.com
olkepress.com

Azərbaycan təmsilçisi mübarizəyə başlayır - Pekin-2022

8-02-2022, 11:44

Azərbaycan təmsilçisi mübarizəyə başlayır - Pekin-2022

Bu gün Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022 Qış Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Öıkəpress.com xəbər verir ki, 21 yaşlı idmançı qısa proqramda bacarığını göstərməyə çalışacaq.

Yarış Bakı vaxtı ilə gecə saat 05:15-də start götürəcək. Litvintsev Roman Sadovski (Kanada), Nikolay Majorov (İsveç), Lukas Britşgi (İsveçrə), Aleksandr Selevko (Estoniya) və Tszin Boyanla (Çin) I qrupda yer alıb. O, buz üzərinə 6-cı sırada çıxacaq.

30 konkisürənin qatıldığı yarışda ilk 24 sıranı tutan idmançılar fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-i məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi