olkepress.com
olkepress.com

22 qat Xorvatiya çempionuna transfer olan Mahir Emrelidən ilk AÇIQLAMA - VİDEO

3-02-2022, 12:42

22 qat Xorvatiya çempionuna transfer olan Mahir Emrelidən ilk AÇIQLAMA - VİDEO

“Çox şadam ki, “Dinamo” ilə müqavilə bağlamışam. Bu daim Xorvatiyada çempionluq titulu qazanan və avrokuboklarda oynayan klubdur”.

Ölkəpress.com xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

Zaqreb “Dinamo”suna keçən 24 yaşlı hücumçu klubun rəsmi saytına açıqlama verib:

“Xüsusilə də komanda son illərdə keyfiyyətli oyun nümayiş etdirir. Son bir neçə mövsümdə bir sıra tarixi uğurlara imza atan klub Xorvatiya və ölkə xaricində nüfuza malikdir. Komanda həqiqətən də səviyyəyə malikdir və heyətində yaxşı peşəkar futbolçular var. Bu, ciddi klubdur.

İnanıram ki, öz oyunum, səylərim nəticəsində komandanın gələcək nəticələrində pay sahibi olacağam. Titulu qoruyacağımıza və yazda “Dinamo”nu Avropada layiqincə təmsil edəcəyimizə inanıram. Bu futbol klubu artıq Zaqrebin və Xorvatiyanın rəmzidir. Böyük sayda azarkeşləri olan komanda Xorvatiya və Avropada xüsusi çəkiyə malikdir”.

Qeyd edək ki, Polşanın “Legiya” klubu ilə problem yaşayan Mahir Emreli dünən 22 qat Xorvatiya çempionu “Dinamo” ilə 4,5 illik müqavilə bağlayıb.

Xatırladaq ki, “Dinamo” Avropa Liqasında mübarizə aparır. Komandanı qarşıda İspaniyanın “Sevilya” komandası ilə matç gözləyir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi