olkepress.com
olkepress.com

Kütləvi zəhərlənməyə səbəb olan yas mərasiminin sahibi danışdı

11-08-2024, 23:46

Kütləvi zəhərlənməyə səbəb olan yas mərasiminin sahibi danışdı

“Yas mərasimində verilən məhsulların, qidaların hamısı bazardan, dükandan alınıb”.

Olkepress.com xəbər verir ki, “Report”a açıqlamasında Gəncədə kütləvi zəhərlənmənin olduğu yas mərasimin sahibi Mahir Cəfərov deyib.

O, qeyd edib ki, hadisə qardaşının yas mərasimində baş verib: “Dəfndən sonra ehsan verilib. Süfrədə bozartma, çörək, yuxa, pomidor, xiyar, göyərti, halva və digər qidalar qoyulmuşdu. Yeməkdən sonra yaxınlarım da özünü narahat hiss etdi. Məhsulların hamısı bazardan, dükandan alınıb. Aidiyyəti qurumların əməkdaşları gəlib hər qidadan analiz üçün nümunələr götürdülər. Yaxın günlərdə zəhərlənmənin hansı qidadan baş verdiyini araşdırıb deyəcəklər”, – M.Cəfərov deyib.

Qeyd edək ki, yas mərasimində zəhərlənənlərin sayı 100 nəfəri ötüb. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.

Faktla bağlı araşdırma davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi