olkepress.com
olkepress.com

Rusiya Ordusunun erməni zabiti azərbaycanlını qətlə yetirdi

15-11-2023, 21:00

Rusiya Ordusunun erməni zabiti azərbaycanlını qətlə yetirdi

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Kiyev də daxil olmaqla, bütün vilayətlər Rusiya Ordusunun hava hücumlarına məruz qalıb.

“Hücumların əksəriyyətinin qarşısı hava hücumundan müdafiə sistemi tərəfindən alınsa da, Xerson, Xarkov, Donetsk, o cümlədən Çerniqov vilayətində ciddi dağıntıların olduğu bildirilir”, – deyə jurnalist əlavə edib.

M.Aslanovun sözlərinə görə, son bir həftədə Donetsk və Xarkov vilayətlərində quru döyüşləri daha da şiddətlənib.

O, bir ay əvvəl Zaporojyedə öldürülən həmyerlimiz barədə təfərrüatı da açıqlayıb:

“Hadisə Ukraynanın nəzarətində olan Vasilyevkadakı kəndlərinin birində baş verib. Birinci Qarabağ müharibəsi iştirakçısı olan Eldəniz Ukraynaya köçdükdən sonra bu ölkənin vətəndaşlığını qəbul edib. Yaşadığı ərazi Rusiyanın nəzarətinə keçdikdən sonra Karen adlı erməni zabit tərəfindən döyülərək öldürülüb”.
Ətraflı videonu təqdim edirik:


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi