ABŞ-ın Virciniya ştatında "Cessna" təyyarəsi qəzaya uğrayıb. "F-16" qırıcıları onun qarşısını almağa çalışıb.
Bizimyol.info xəbər verir ki, "CNN"in şərhində bir ABŞ rəsmisi, "F-16"ların təyyarəni vurmadığını və Federal Aviasiya Administrasiyasının (FAA) təhlükəsiz uçuş halında təyyarələri çağırmasının adi bir təcrübə olduğunu söyləyib. Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı təyyarənin pilotunun qırıcıların təmas qurmaq cəhdlərinə cavab vermədiyini bildirib.
"F-16"lara "səsdən yüksək sürətlə uçmağa" icazə verildi, nəticədə Vaşinqton ərazisində təyyarələrin yüksək səsi eşidilib. Bundan əlavə, qırıcılar pilotun diqqətini cəlb etmək üçün məşəllərdən istifadə ediblər.
"Cessna 560 Citation V" mülki təyyarəsi saat 15:20 radələrində NORAD tərəfindən tutulub və nəticədə Virciniya ştatında qəzaya uğrayıb.
Bildirilir ki, təyyarə Tennessi ştatının Elizabethton Municipal hava limanından havaya qalxaraq Nyu-Yorkun Lonq-Aylend MakArtur hava limanına doğru gedb. FAA-nın məlumatına görə, təyyarə yaşayışın az olduğu dağlıq əraziyə düşüb.
Göyərtəsində 4 nəfərin olduğu təyyarə nəzərdə tutulan yeri 315 mil keçib. Virciniya əyalət polisi axtarışların davam etdiyini bildirib.
Qeyd edək ki, 11 sentyabr hadisəsndən sonra ABŞ-da iri şəhərlər ətrafında bütün uçuşlara xüsusi nəzarət olunur.
Xatırladaq ki, may ayında İsveçrədə göyərtəsində 3 nəfərin olduğu təyyarənin qəzaya uğradığı bildirilmişdi. Təyyarə Neuşatel dağlarında qəzaya uğramışdı.
İspaniyanın Saraqosa şəhərində nümayiş və təlim uçuşu zamanı "F-18" qırıcısı qəzaya uğrayıb, pilot sağ qalmağı bacarıb.
İlin əvvəlində Katmandudan Poxaraya uçan təyyarə Nepalda qəzaya uğramışdı. Təyyarədə 68 sərnişin və 4 ekipaj üzvü olduğu bildirilib.