Dünyaca məşhur milyarder İlon Mask necə məhsuldar qaldığının sirrini bölüşüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tesla, SpaceX və tviter kimi dünya nəhəngi şirkətlərə rəhbərlik edən Mask iş intizamı ilə bağlı CNBC-yə danışıb.
Milyarder bildirib ki, bir il ərzində cəmi iki və ya üç gün istirahət edir.
Ətraflı
Həftənin hər günü işləyən Mask gecələr 6 saat yatmağa diqqət etdiyini bildirib:
"6 saatdan az yatsam, həqiqətən pis bir baş ağrım olur. 18 saat oyaq olsam da, həmin vaxta uyğun daha az işləyirəm".
“The Guardian” bildirib ki, 51 yaşlı Mask 2018-ci ildə həftədə 120 saat işləyib.