olkepress.com
olkepress.com

“Google Chrome”da yeni funksiyalar işə salındı

20-02-2023, 08:36

“Google Chrome”da yeni funksiyalar işə salındı

“Google” 2022-ci ilin dekabrından sınaqdan keçirilən yaddaşa və enerjiyə qənaət imkanlarını tətbiq etməyə başlayıb.

Məlumata görə, yaddaşa qənaət funksiyası RAM-ı avtomatik olaraq arxa plandakı pəncərələrdən azad edir. Üstəlik, onlar bağlanmır və görünən olaraq qalır. Həmin səhifələrə keçdiyiniz zaman onlar yenidən yüklənir.

Enerjiyə qənaət rejimi, adından da göründüyü kimi, arxa fonda brauzerin fəaliyyətini və vizual effektləri məhdudlaşdırmaqla, animasiyaları və videoların kadr tezliyini azaltmaqla enerji istehlakına qənaət edir.

Yeniliklər artıq “Chrome” brauzerinin bəzi istifadəçiləri üçün əlçatandır.

Qeyd olunur ki, hər iki funksiya avtomatik aktivləşdirilir.

Mənbə: gazeta.ru


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi