olkepress.com
olkepress.com

Koronavirusa yoluxan Saakaşvilinin sağlamlıq durumu açıqlanıb

25-01-2023, 12:40

Koronavirusa yoluxan Saakaşvilinin sağlamlıq durumu açıqlanıb

Ötən gün yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxduğu bildirilən Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin vəziyyəti stabildir və xəstəliyi yüngül keçirir.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Saakaşvilinin müalicə aldığı “Vivamedi” klinikasının kliniki direktoru Zurab Çxeidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yüksək hərarət və oynaq ağrıları olduğu üçün Saakaşvilidən PZR testi götürülüb və testin cavabı müsbət olub.

Çxeidze qeyd edib ki, yoluxmanın təsdiqlənməsindən dərhal sonra müxtəlif sahələr üzrə həkimlərdən ibarət şura çağırılıb və həkimlərin qərarına əsasən, Saakaşvili müalicə aldığı palatada saxlanılıb. O, yoluxmanın mənbəyinin araşdırıldığını qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi