olkepress.com
olkepress.com

Tünzalənin qızı üçün fond yaratmağı təklif etdi

24-01-2023, 08:50

Tünzalənin qızı üçün fond yaratmağı təklif etdi

Xalq artisti Afaq Bəşirqızı dünyasını dəyişən Əməkdar artist Tünzalə Əliyeva barədə danışıb.

OLAY yazır ki, bu haqda sənətçi “Xəzər axşamı” verilişində səs yazısında bildirib.

O, Tünzalənin qızı Zəhra üçün fond yaratmağı təklif edib.

“Bütün incəsənət, mədəniyyət xadimləri ilə istərdim ki, Zəhra fondu yaradaq. Çünki Zəhranın evə maaş gətirən atası yoxdur. O uşaq da çox əziyyət çəkir. Bilirəm, nənə-babası var, amma həyatda insanın ömrünün son anına qədər ehtiyacı olan anası yoxdur. Yararlı bir mütəxəssis kimi yetişməsi üçün Zəhraya kömək edək”, - deyə, A. Bəşirqızı bildirib.

Aparıcı Mətanət Əliverdiyeva isə bunun əla təklif olduğunu qeyd edib. Verilişdə qonaq olan Əməkdar artist Dilarə Əliyeva isə aktrisanın bu təşəbbüsünü dəstəklədiyini bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi