olkepress.com
olkepress.com

Türkmənistanda 21 yaşdan kiçik şəxslərə tütün məmulatlarının satışı qadağan olundu

1-12-2022, 09:06

Türkmənistanda 21 yaşdan kiçik şəxslərə tütün məmulatlarının satışı qadağan olundu

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 21 yaşdan kiçik şəxslərə tütün məmulatlarının satışını qadağan edən qanunu imzalayıb.

Sənəd rəsmi “Neytral Türkmənistan” qəzetində dərc olunub.

Sənədə əsasən, “Vətəndaşların sağlamlığının tütün tüstüsünün təsirindən və tütün məmulatının istehlakının nəticələrindən qorunması haqqında” qanuna dəyişiklik edilib.

Həmçinin, rəsmi Türkmənistan mətbuatı idxal olunan tütün məmulatlarına tətbiq edilən aksiz vergisini 93%-dən 116%-ə qaldıran qanunu dərc edib.

Qeyd edək ki, 2022-ci ilin fevralında respublikanı tütündən azad ölkəyə çevirmək üçün 2022-2025-ci illər üçün fəaliyyət proqramı qəbul edib. Bütün nazirliklərə, sahə idarələrinə və yerli icra hakimiyyəti orqanlarına onun icrasını təmin etmək tapşırılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi