olkepress.com
olkepress.com

Rəşad Dağlı təcridxanaya aparıldı

11-11-2022, 08:50

Rəşad Dağlı təcridxanaya aparıldı

Qaradağ rayon məhkəməsində qətldə təqsirləndirilən Rəşad Əmirovun (Dağlı) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

OLAY “Oxu.az”a istinadən yazır ki, prosesdə təqdimat təmin edilib və Rəşad Dağlı barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, tanınmış meyxana ustadı Rəşad Dağlı noyabrın 09-u saat 05 radələrində Bakının Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi qətlə yetirib.

Qaradağ rayon prokurorluğunun yaydığı məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

***

Məhkəmə təqdimatı təmin edib. Rəşad Dağlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Olkepress.com“Qafqazinfo”ya istinadən yazır ki, o, bu müddətdə Penitensiar Xidmətin tabeliyindəki Bakı İstintaq Təcridxanasında saxlanılacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi