olkepress.com
olkepress.com

FHN bayram günləri gücləndirilmiş rejimdə çalışacaq

5-11-2022, 16:38

FHN bayram günləri gücləndirilmiş rejimdə çalışacaq

Fövqəladə Hallar Nazirliyi Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Sonxeber.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və fəaliyyəti, habelə bayram tədbirləri ilə əlaqədar aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına artıq müvafiq tapşırıqlar verilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi