olkepress.com
olkepress.com

Professor Vüqar Əhməd Türkiyədə konfransda iştirak edib

25-10-2022, 14:51

Professor Vüqar Əhməd Türkiyədə konfransda iştirak edib
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd Dünya Ahıska Türkləri Birliyi dəvəti ilə Türkiyənin Antalya şəhərində keçirilən “Beynəlxalq Ahıskalı Türk Qadınları Simpoziumu”nda “Ahıskalı türk qadını Şəfiqə Əfəndizadə” mövzusunda məruzə ilə çıxış edib. Əməkdaşımızın elmi məruzəsi konfrans iştirakçıları tərəfindən hərarətlə qarşılanıb.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan bildirilib. Vüqar Əhməd təşkilatın rəhbəri Ziyəddin Həsənov tərəfindən diplom, təşəkkürnamə ilə təltif olunub və ona hədiyyələr təqdim edilib.

Olkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi