olkepress.com
olkepress.com

Murad Arif məktəblərdə tapşırıqların çoxluğundan şikayətləndi

20-10-2022, 08:28

Murad Arif məktəblərdə tapşırıqların çoxluğundan şikayətləndi
Son günlər şagirdlərin dərs yükünün çoxluğundan şikayət edənlərin arasına müğənni-bəstəkar Murad Arif də qoşulub.

olkepress.com xəbər verir ki, ifaçı bu barədə sosial media hesabında yazıb. O, ev tapşırıqlarının çox olduğunu və bu səbəbdən şagirdlərin özlərinə asudə vaxt ayıra bilmədiyini vurğulayıb:

"Hörmətli valideynlər, ev tapşırıqlarının əlindən uşağınızın asudə vaxtı qalırmı? Nə bilim idmana, istirahətə... Bizim qaqaş (oğlu Mikayıl - red.) 5-də oxuyur, ikinci növbədə... Həftədə 2 saat ingiliscə, 2 saat piano dərsləri var. Uşağa həftəyə 2 saat vaxt tapa bilmirəm ki, idmana aparım. 1 şənbəmiz var, onu da idmanla doldurum? Vallah, biz də oxumuşuq məktəbdə. Kinolara da baxırdıq, məhlədə də oynayırdıq, idmana, musiqiyə də gedirdik. Hələ çantaların anormal ağırlığı...".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi