olkepress.com
olkepress.com

Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı RƏSMİ AÇIQLAMA

12-09-2022, 14:11

Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı RƏSMİ AÇIQLAMA

“Xural TV” yutub kanalının rəhbəri jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində həbs qərarı verilib.

“Qafqazinfo”nun məlumatına görə, Baş Prokurorluq tərəfindən onların barəsində verilmiş təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb. Hakim Fərid Əmirəliyevin qərarına əsasən, Ə.Zeynallı və E.Sadıqov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 311-ci maddəsi (rüşvət alma) ilə ittiham olunur.

Xatırladaq ki, bir neçə gün öncə jurnalist Eynulla Fətullayev həmkarı Əvəz Zeynallının vəkil Elçin Sadıqov vasitəsilə həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət aldığını iddia etmişdi. Daha sonra bununla bağlı səs yazısı yaymışdı. Həm Əvəz Zeynallı, həm də iş adamının vəkili olan Elçin Sadıqov iddiaları təkzib etmişdi.

Baş Prokurorluq əməkdaşları ötən gün Əvəz Zeynallı ilə Elçin Sadıqovun evində və ofisində axtarış aparıb, bir sıra sənədlər götürülüb. Daha sonra hər iki şəxs barəsində cinayət işi başlanıb.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi