olkepress.com
olkepress.com

Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi HƏBS EDİLDİ

15-07-2022, 20:19

Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi HƏBS EDİLDİ

Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi həbs olunub.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, gömrük xidməti polkovniki Sultan Sultanov bu gün səhər saatlarında xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Qeyd edək ki, Sultan Sultanov Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, general Məsum Rəsulovun köməkçisidir.
Onu da qeyd edək ki, Məsum Rəsulov 14 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi