olkepress.com
olkepress.com

Hikmət Hacıyev Ermənistanın verdiyi mina xəritələrindən DANIŞDI

1-04-2022, 11:06

Hikmət Hacıyev Ermənistanın verdiyi mina xəritələrindən DANIŞDI

Biz Ermənistan Respublikasından mina xəritələrini almışıq, amma onların dəqiqlik səviyyəsi yalnız 25 faizdir”.

Ōlkəpress.com xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, işin sürəti minaların təmizləmə prosesindən asılıdır:

“Azərbaycan bu sahədə öz səylərini əsirgəmir. Bütün bu səylərdə Azərbaycan Hökumətinin prioritetləri arasında inteqrasiyanın yaxşılaşdırılması, mina tədbirləri və daha geniş inkişaf var. Biz müşahidə edirik ki, müharibə və postmüharibə dövrlərində minaların təmizlənməsi humanitar məqsədlərə xidmət edir”.

Onun sözlərinə görə, bir çox hallarda minatəmizlənmə prosesi geniş humanitar və inkişaf proseslərindən təcridolunmuş şəkildə həyata keçirilir:

“Kənd təsərrüfatı, şəhərlərin inkişafı, ətraf mühitin qorunması, səhiyyə, təhsil sahələrindən inteqrasiya, minaların təmizlənməsi olduqca vacibdir. Minaların təmizlənməsi daha bütöv şəkildə başa düşülməlidir və sülhün, inkişafın bərqərar olmasına töhfə verən məsələlərdən biridir”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi