olkepress.com
olkepress.com

Müdafiə Nazirliyinin sabiq idarə rəisi SAXLANILIB

21-02-2022, 13:46

Müdafiə Nazirliyinin sabiq idarə rəisi SAXLANILIB

Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs edilib.

Hərbi Prokurorluqdakı mənbənin “Qafqazinfo”ya verdiyi özəl məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb. O, Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Polkovnik M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.

Hazırda istintaq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilib. Yaxın saatlarda məhkəmə bununla bağlı qərar verəcək.

Qeyd edək ki, M.Qurbanov 27.08.2019-cu il tarixində xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq ehtiyata buraxılıb.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi