olkepress.com
olkepress.com

İsrail İrana hücumları yekunlaşdırdığını bəyan edib

24-06-2025, 17:49

İsrail İrana hücumları yekunlaşdırdığını bəyan edib

İsrail İranın şimalındakı Babol və Babolser şəhərlərinin ətrafına zərbələr endirib.

Olkepress.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

İsrailin "Kan-11" televiziya kanalı İsrail Hərbi Hava Qüvvələrinin İranın atəşkəsin qaydalarını pozmasına cavab olaraq Tehranın şimalındakı radar stansiyasına hücum etdiyini qeyd edib.

Öz növbəsində, İsrail hakimiyyəti rəsmi olaraq Tehran yaxınlığında İranın radar obyektinə zərbələr endirdiklərini təsdiqləyib.

Bəyanatda deyilir ki, hücum lokal xarakterli olub.

"Bununla da İsrail atəşkəs rejiminin pozulmasına cavab verərək hücumlarını yekunlaşdırıb", - deyə İsrail tərəfinin məlumatında qeyd olunur.

16:38

"İsrail İran ərazisində yerləşən bir neçə obyektə zərbələr endirib. Tehran bu hücumu təcavüz kimi qiymətləndirərək cavab vermək hüququnu özündə saxlayır".

Oxu.Az-ın İranın dövlət televiziya və radio şirkətinə istinadla verdiyi məlumata görə, bu barədə İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya qərargahı məlumat yayıb.

"Sionist rejim (burada İsrail nəzərdə tutulur - red.) bu gün səhər saat 09:00-dək (Bakı vaxtı ilə 09:30) İran ərazisində yerləşən obyektlərə üç mərhələdə hücumlar həyata keçirib", - deyə qərargahın bəyanatında bildirilib.

12:06

İsrail iyunun 24-də Tehran vilayətində 12 hədəfə hücum edib, zərbələrin əksəriyyəti yaşayış məntəqələrinə düşüb.

Bu barədə Tehran vilayətinin qubernatoru Məhəmməd Sadiq Mötəmediyan məlumat verib.

Qeyd olunur ki, ümumilikdə, İsrailin Tehran vilayətinə endirdiyi zərbələr nəticəsində 120 yaşayış binası tamamilə dağılıb, 500 nəfərə ciddi ziyan dəyib.

10:08

İsrailin İranın Gilan əyalətinə hücumu nəticəsində azı doqquz nəfər ölüb.

Məlumatı əyalətin hökumət qurumları da təsdiqləyib.

Hücum nəticəsində 33 nəfərin xəsarət aldığı bildirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi