olkepress.com
olkepress.com

Çində yeni unikal hörümçək növü aşkar edilib

8-12-2023, 02:33

Çində yeni unikal hörümçək növü aşkar edilib

Çinin Quançjoudakı Qannan Pedaqoji Universitetinin zooloqları “Floronia huishuiensis” adlı yeni kiçik hörümçək növünü kəşf ediblər. Buğumayaqlılar Çinin cənub-şərqindəki Bayan mağarasında yaşayırlar.

Araşdırma “ZooKeys” elmi jurnalında dərc olunub.

Aşkar edilmiş canlılara yaşayış yerlərinin yerləşdiyi Quanşjou əyalətindəki eyniadlı mahalın şərəfinə “Hueyşuy” cırtdan hörümçəyi adı verilib. Alimlərin fikrincə, başqa bölgələrdə bu növə hələ rast gəlinməyib.

“Hueyşuy” hörümçəkləri çox kiçikdir - onların bədənlərinin uzunluğu təxminən 25 millimetrdir. Bədənlərinin rəngi ağ-qara, ayaqlarının rəngi isə sarı-qəhvəyidir. Hörümçəkkimilər torlarını toxuduqları yerdə böyük qayaların altında gizlənməyə üstünlük verirlər.

“Hueyşuy” hörümçəklərinin erkəklərinin ikinci cüt ön ayaqları olan pedipalplarının üzərində unikal cinsiyyət orqanları var. Onlar həm hiss orqanları kimi, həm də reproduktiv sistemin bir hissəsi kimi fəaliyyət göstərirlər. Tədqiqatda qeyd olunur ki, buğumayaqlıların pedipalpları uclarında yüngül əyrilikləri olan boks əlcəklərinə bənzəyir.
Çində yeni unikal hörümçək növü aşkar edilib
Çində yeni unikal hörümçək növü aşkar edilib


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi