olkepress.com
olkepress.com

“Rusiya aclıqdan silah kimi istifadə etməyə davam edəcək” - Zelenski

27-11-2023, 22:44

“Rusiya aclıqdan silah kimi istifadə etməyə davam edəcək” - Zelenski

“Rusiya ərzaq qıtlığından və aclıqdan silah kimi istifadə etməyə davam edəcək”.

Olkepress.com Qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Kiyevdə keçirilən “Ukraynadan taxıl” adlı toplantıda çıxış edən Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Ukrayna gücünü və azadlığını itirməyəcək və terrorizmə qalib gəlmək lazım olduğuna dair qlobal konsensusu müdafiə edəcək. Mən Qara dənizdə təhlükəsizliyi bərpa etməyə nail olan bütün ukraynalılarla fəxr edirəm. Ukrayna limanları yenidən qlobal ərzaq təhlükəsizliyi və ixracımız üçün işləyə biləcək. Rusiya ərzaq qıtlığından və aclıqdan silah kimi istifadə etməyə davam edəcək. Hazırda 40-a yaxın ölkəni və beynəlxalq təşkilatı birləşdirən “Ukraynadan taxıl” ərzaq qıtlığından ən çox əziyyət çəkən ölkələrə kömək edir”, - deyə o bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi