olkepress.com
olkepress.com

İsveçdə yenə Qurani-Kərim yandırıldı

15-08-2023, 08:06

İsveçdə yenə Qurani-Kərim yandırıldıİsveçin paytaxtı Stokholmda yenə müqəddəs Qurani-Kərim yandırılıb.

Axar.az xarici mediaya istinadən xəbər verir ki, hadisəni artıq eyni səbəbə görə barələrində cinayət işi açılmış iraqlı miqrantlar Salvan Momika və Salvan Nacim törədib.

Belə ki, polisin icazəsi ilə keçirilən aksiyada jurnalistlər də daxil olmaqla, 60-ya yaxın insan toplaşıb.

Momika və Nacim müqəddəs kitabın bir nüsxəsini təpikləyib, üstünə çıxıb, sonra vərəqlərini yandırıblar.

Baryerin yanında dayanan müsəlmanlar belə bir hərəkətə etiraz ediblər. Onlardan biri “Kitab yandırmaq demokratiya deyil!”, - deyə uca səslə söyləyiblər.

Qeyd edək ki, bu, Avropa ölkəsində ilk belə “aksiya” deyil.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi