olkepress.com
olkepress.com

Rusiya taxıl sazişindən çıxan kimi zərbə endirdi

20-07-2023, 08:44

Rusiya taxıl sazişindən çıxan kimi zərbə endirdiRusiya Ukraynaya dəniz blokadası tətbiq edib.

Bu sözləri “Bild” qəzetinin hərbi analitiki Julian Röpke qeyd edib.

“Bazar ertəsi taxıl müqaviləsi başa çatdıqdan dərhal sonra Rusiya dəniz blokadası tətbiq etdi. Ukraynanın Odessa və Nikolayev limanlarında 12 yük gəmisi ilişib. Rusiya bombardmanları başlayandan bəri (17 iyuldan - red.) Ukraynaya bir ədəd də olsun, quru yük gəmisi daxil olmayıb”, - analitik bildirib.

Röpkenin sözlərinə görə, Rusiya müxtəlif ölkələrin bayraqları altında üzən ticarət gəmilərinə birbaşa hücum etməyə cəsarət etmir:

“Əksinə, Ukrayna ərazisini atəşə tutur. Amma özlüyündə bu zərbələr taxıldaşıyanların işini mümkünsüzləşdirir. Çünki gəmi sığortaçıları onları raketlərin müntəzəm uçduğu yerə göndərməkdən imtina edirlər”.

Qeyd edək ki, Rusiya Krım körpüsünə 17 iyulda edilən hücuma cavab olaraq Odessa limanındakı infrastruktur obyektlərə dəhşətli zərbələr endirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi