olkepress.com
olkepress.com

"Türkiyə İsveçə görə güclü təzyiq altındadır" - Kurtulmuş

4-07-2023, 00:14

"Türkiyə İsveçə görə güclü təzyiq altındadır" - Kurtulmuş
"İsveçin NATO-ya daxil olması Ankaranın tələblərini yerinə yetirməkdən boyun qaçıran Stokholmun reallaşmayacaq arzusudur".
Bizimyol.info xəbər verir ki, bunu bazar ertəsi çıxan “Milliyet” qəzetinə müsahibəsində Türkiyə parlamentinin sədri Numan Kurtulmuş deyib.

"Türkiyə, İsveç və Finlandiya arasında üçlü saziş var. Onlar təxribat xarakterli hərəkətlər edəcək və NATO-ya üzv olmaq üçün icazə istəyəcəklər. Bağışlayın, Türkiyə sözünə məsul olan bir ölkədir. Nə deyirsə, nə vəd edirsə, yerinə yetirir, amma biz həm də qarşı tərəfin sözünün üstündə durmasını tələb edirik. Verdiyi vədlərə əməl etməyən İsveç üçün NATO üzvlüyünü gözləmək sadəcə xəyaldır",- deyə parlamentin sədri vurğulayıb.

Kurtulmuş qeyd edib ki, “terror təşkilatlarını dəstəkləyən və onlara sığınacaq verən” İsveçin NATO-ya üzv olmaq istəyi ilə bağlı Türkiyə güclü təzyiq altındadır. "Türkiyə isə tələbləri həyata keçməyincə bu məsələdə addım atmayacaq",- deyə o qeyd edib.

Numan Kurtulmuş Numan Kurtulmuş
Ötən il iyunun 28-də Madriddə NATO sammiti başlamazdan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, o zaman İsveçin baş naziri olmuş Finlandiya prezidenti Sauli Niinistö və NATO-nun baş katibi Yens Stoltenberq arasında danışıqlar aparılıb.

Bir növ yol xəritəsi olan və Stokholm və Helsinkiyə NATO-ya daxil olmağa imkan verən memorandum imzalanıb. Martın 31-də Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləyib, ölkə aprelin 4-də alyansa üzv olub. Eyni zamanda o, Stokholmdan terrorizmlə mübarizə üzrə Madrid Memorandumunun bütün müddəalarını yerinə yetirməsini tələb edərək, İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu təsdiq etməyib.

Ankara Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) tərəfdarlarının İsveçdə davam edən aksiyalarına, eləcə də Quranın yandırılması ilə bağlı aksiyalara görə Stokholmu sərt şəkildə tənqid edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi