olkepress.com
olkepress.com

Bərdə şəhərinin raket atəşinə tutulmasından iki il keçir

28-10-2022, 08:32

Bərdə şəhərinin raket atəşinə tutulmasından iki il keçir
Bərdə şəhərinin raket atəşinə tutulmasından iki il keçir
Bu gün Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raketlə atəşə tutulmasından iki il keçir.

Olkepress.com Oxu.Az a istinaden xatırladır ki, 2020-ci ilin oktyabrın 28-də Ermənistan ordusu Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirib.

Nəticədə aralarında uşaq və qadınlar da olmaqla 20 dinc sakin həlak olub, 82 mülki şəxs yaralanıb.

Faktla bağlı Azərbaycan Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Qeyd edək ki, Bərdənin 2020-ci ilin 5, 8, 27, 28 oktyabr tarixlərində və 7 noyabrda raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-i uşaq olmaqla 29 nəfər qəsdən öldürülüb.

26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi