Kanadanın Baş naziri Castin Trüdonun xoşagəlməz görüntüləri yayılıb.Ölkəpress.com xəbər verir ki, Böyük Britaniyanın keçmiş Kraliçası 2-ci Elizabetin dəfn mərasimində iştirak etmək üçün Londona gedən Trüdo, qaldığı oteldə əylənib. Həmin görüntülər internetdə yayılıb. Pianoda ifa edən şəxsin yanında dayanan Trüdo, mahnı oxuyub. Video internetdə yayılandan sonra sərt etirazlara səbəb olub. Kraliçanın ölümü ilə bağlı krallığın matəm elan etdiyi vaxtda Baş nazirin Londonda əylənməsi tənqid edilib. Trüdo video ilə bağlı hələki açıqlama verməyib.