Rusiyada şou zamanı bədbəxt hadisə baş verib.Ölkəpress.com xəbər verir ki, akrobatlar Tatyana Zolotukhina və Sergey Zolotukhin səhnədə şou zamanı xoşagəlməz hadisə ilə üzləşiblər. Şou zamanı tərəflər 5 metr yüksəkliyə qalxıblar. Lakin bu zaman Tatyana hərəkəti düzgün icra edə bilməyib. Nəticədə o həyat yoldaşından yapışa bilməyərək yerə çırpılıb. Gimnastın biləyi sınıb.