olkepress.com
olkepress.com

Baku TV əməkdaşı Ukraynada: Şəhərlər gecə boyu intensiv artilleriya atəşinə məruz qalıb - VİDEO

9-05-2022, 18:07

Baku TV əməkdaşı Ukraynada: Şəhərlər gecə boyu intensiv artilleriya atəşinə məruz qalıb - VİDEO

Baku TV-nin Şərqi Avropa bürosunun əməkdaşı Mübariz Aslanov Ukraynadakı son vəziyyət barədə xəbər verib.

Qeyd edilib ki, ötən gecədən etibarən Ukrayna-Rusiya cəbhəsində vəziyyət gərgin olub.

Onun sözlərinə görə, Odessa, Nikolayev, Vinnitsa, Lvov, Zaporojye şəhərləri istiqamətində artilleriya hücumları daha intensiv olub. 9 may ərəfəsində gözlənilən gərginliklə əlaqədar Zaporojye, Vinnitsa, Nikolayev və Odessaya giriş-çıxış iki günlük məhdudlaşdırılıb.

“Rusiya Silahlı Qüvvələri Luqanskın şəhərlərindən birini mühasirəyə alıb. Donetsk vilayətində də Ukraynanın iki kəndi işğal edilib. Ukrayna Silahlı Qüvvələri isə Xarkov istiqamətində dörd iri yaşayış məntəqəsini işğaldan azad edib”, - deyə məlumatda qeyd edilib.

Daha ətraflı süjetdə:



Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi