olkepress.com
olkepress.com

Separatçıların rəhbərlərindən biri həbs edildi - "MİŞA ÇEÇEN" ÖLDÜRÜLDÜ

20-04-2022, 13:37

Separatçıların rəhbərlərindən biri həbs edildi - "MİŞA ÇEÇEN" ÖLDÜRÜLDÜ

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) qondarma Luqansk Xalq Respublikasının “daxili işlər naziri”, “general mayor” İqor Korneti həbs edib.

Qafqaz.media UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, İqor Kornet hazırda Rusiya FTX-nin Rostov-na-Dondakı istintaq təcridxanasında saxlanılır.

"General mayor”un həbsi qondarma respublikanın “siyasi rəhbərliyi” və “güc strukturlarında” kəskin etirazla qarşılanıb. “LXR”ın başçısı Leonid Paseçnik onun sərbəst buraxılması istiqamətində fəaliyyət göstərir.

Həbsin səbəbi barədə məlumat yayılmayıb.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələri aprelin 19-da Luqansk separatçılarının silahlı dəstələrinin rəhbərlərindən biri, “Mişa Çeçen” ləqəbi ilə tanınan "polkovnik-leytenant" Mixail Kişşiki məhv edib. Bildirilib ki, o, Luqansk vilayətinin Kremennoy şəhəri yaxınlığındakı döyüşlərdə öldürülüb.

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi