olkepress.com
olkepress.com

Bayden növbəti dəfə qeyri-adi davranış sərgilədi- VİDEO

15-04-2022, 13:36

Bayden növbəti dəfə qeyri-adi davranış sərgilədi- VİDEO

ABŞ prezidenti Co Bayden növbəti dəfə qeyri-adi davranışları ilə diqqət çəkib. O, əl uzadaraq kiminsə əlini sıxdığını düşünüb.

AzVision.az xəbər verir ki, görüntülər "NBC News" telekanalında yayımlanıb.

Bildirilir ki, Bayden Şimali Karolinada infrastruktur islahatı ilə bağlı çıxışını bitirdikdən sonra səhnədə sağa dönüb əl sıxmaq üçün kimisə axtarıb. Halbuki prezidentin yanında heç kim olmayıb.
Sonra çaşqın vəziyyətdə görünən Bayden podiumda bir neçə addım atıb, çıxış üçün quraşdırılmış səhnəni tərk etmək üçün uyğun yer axtarıb.

Qeyd edək ki, 79 yaşlı Amerika prezidentinin sərgilədiyi ilk qeyri-adi davranış deyil. Bundan əvvəl o, ötən ilin oktyabrında da gözünə görünən adama salam vermişdi. Bundan başqa vitse-prezident Kamala Harrisi prezident adlandırmış, Suriya ilə Liviyanı səhv salmış, Pitsburqda təyyarəyə minərkən büdrəmiş və s. diqqət çəkən davranışlar sərgiləmişdi.



Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi