olkepress.com
olkepress.com

Xaricdə yaşayan azərbaycanlı həkim tibb elminə yenilik gətirir - VİDEO

30-03-2022, 19:34

Xaricdə yaşayan azərbaycanlı həkim tibb elminə yenilik gətirir - VİDEO

Füzuli rayonunun Gecəgözlü kəndindən 12 yaşında məcburi köçkün olan Cavid Fətullayev Almaniyada tibb təhsili aldıqdan sonra bu ölkədə işləməyə qərar verib və kardiocərrah kimi tanınmağa başlayıb.

Azərbaycanlı həkim Almaniyada süni ürək cihazı düzəldərək tibb elminə, ürək cərrahiyyəsi sahəsinə yenilik gətirib. O, elmi yenilik barədə ilk dəfə bu yaxınlarda baş tutan Almaniyada Azərbaycanlı Həkimlərin I Forumunda məlumat verib.

“Vətən uzaqda deyil” proqramının çəkiliş qrupu həmyerlimizlə Almaniyanın Bad Nauheim şəhərində görüşüb və verilişin bir buraxılışı onun fəaliyyətinə həsr olunub.

Vəsilə Vahidqızının müəllifi və aparıcısı olduğu verilişi təqdim edirik:



Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi