olkepress.com
olkepress.com

Zelenskinin Rusiyada qadağan olunmuş müsahibəsi –TAM VİDEO

28-03-2022, 14:26

Zelenskinin Rusiyada qadağan olunmuş müsahibəsi –TAM VİDEO

Roskomnadzor hamıya xəbərdarlıq etdi, 3 KİV barədə araşdırmaya başladı

Roskomnadzor (Rusiyanın rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsi üzrə Federal Xidməti) Rusiya Kütləvi İnformasiya Vasitələrindən Ukrayna prezidenti Volodimir Zelenskinin müsahibəsini yayımlamamağı tələb edib.

Prezident Zelenski müharibə başlayandan bəri ilk dəfə olaraq Rusiya jurnalistlərinə müsahibə verib. 2 saat davam edən müsahibəni götürmüş media quruluşları (“Meduza”, “Dojd”, “Kommersant”) prezidentlə söhbəti dünən, həm də montajsız yayımlamağı vəd etmişdilər.

Lakin Roskomnadzor sözügedən KİV arasında “xarici agent funksiyasını yerinə yetirən”lərin olduğunu səbəb göstərərək, yayıma mane olmağa çalışıb.

“Roskomnadzor Rusiya KİV-ə həmin müsahibənin yaymlanmasından imtina etmək barədə xəbərdarlıq edir. Müsahibəni götürən KİV haqqında məsuliyyətin müəyyən edilməsi və ölçü götürülməsi üçün araşdırma başlanıb” – deyə qurumun açıqlamasında bildirilir.

Müsahibəni tam şəkildə bu linkdən izləyə bilərsiniz:



Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi