olkepress.com
olkepress.com

Ukraynada hər bir məcburi köçkünə aylıq yardım ödəniləcək

22-03-2022, 11:07

Ukraynada hər bir məcburi köçkünə aylıq yardım ödəniləcək

Ukraynada dövlət tərəfindən hər bir məcburi köçkünə iki min qrivna (112 AZN) həcmində aylıq yardım ödəniləcək.

Bunu ölkənin baş naziri Denis Şmıqal bildirib.

Hökumət başçısının sözlərinə görə, müharibə səbəbindən daha təhlükəsiz bölgələrə köçən hər uşağa görə 3000 qrivna (169 AZN) veriləcək.

Köçkünləri evdə qəbul edən ailələr də kommunal ödənişlər üçün kompensasiya alacaqlar. Məskunlaşdırılmış hər bir şəxs üçün ayda 450 qrivna (26 AZN) ödəniləcək.

Həmçinin, ölkə üzrə bütün miqrantlar üçün məşğulluq proqramı işə salınır. Bu məqsədlə dövlət zərər çəkmiş rayonlardan məcburi köçkünləri işlə təmin edən işəgötürənlərə hər bir işləyən şəxs üçün 6500 qrivna (366 AZN) olmaqla ödənişlər etməyə başlayır.

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi