olkepress.com
olkepress.com

Fərid Əzizov “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub

25-01-2025, 19:00

Fərid Əzizov “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunubAvstriya Azərbaycanlıları Cəmiyyətinin və Salzburg Azərbaycan Evinin rəhbəri Fərid Əzizov “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli, 899 nömrəli Fərmanına əsasən “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif etmək səlahiyyəti Diasporla İş üzrə Dövlət Komitəsinə verilib.

Təltiflə bağlı sənədi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov imzalayıb və o Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfəyə görə təltif olunub.

Fərid Əzizov bildirib ki, bu medal onun üçün çox dəyərlidir və bu fəxri ada layiq görüldüyü üçün Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Cənab Fuad Muradova minnətdardır:

"Bu medalı mən Avstriya Azərbaycanlıları Cəmiyyəti və Salzburg Azərbaycan Evi adına alıram və bundan sonra da Azərbaycan diasporunun inkişafı, ölkəmizin xaricdə tanıdılması istiqamətində fəaliyyətimizi daha da genişləndirəcəyik".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi