olkepress.com
olkepress.com

IDEA Şüvəlan çimərliyində təmizlik aksiyası keçirib

12-06-2024, 22:53

IDEA Şüvəlan çimərliyində təmizlik aksiyası keçirib

IDEA Şüvəlan çimərliyində təmizlik aksiyası keçirib.

Bu barədə APA-ya IDEA İctimai Birliyindən məlumat verilib.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində çimərlik mövsümünün başlanması ilə əlaqədar ənənəvi sahilyanı təmizlik aksiyası keçirilib. 12 iyun tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə baş tutan aksiya 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunub.

Şüvəlan qəsəbəsindəki ictimai çimərlikdə təşkil olunmuş təmizlik aksiyasında 200 könüllü gəncin və Milli Olimpiya Komitəsinin atletlərinin iştirakı ilə 2 tona yaxın tullantı toplanılaraq, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

"Sahillər təmiz qalsın” şüarı altında baş tutan təmizlik aksiyasının keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və gəncləri dəniz ətraf mühitinin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.

IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları təşkil edir.

Aksiya tərəfdaşları tədbirə qoşulan bütün təbiətsevər gənclərə təşəkkür edir, hər kəsi planetimizi çirkləndirməməyə və ətraf mühitin qayğısına qalmağa çağırır!
IDEA Şüvəlan çimərliyində təmizlik aksiyası keçirib
IDEA Şüvəlan çimərliyində təmizlik aksiyası keçirib
IDEA Şüvəlan çimərliyində təmizlik aksiyası keçirib
IDEA Şüvəlan çimərliyində təmizlik aksiyası keçirib
IDEA Şüvəlan çimərliyində təmizlik aksiyası keçirib
IDEA Şüvəlan çimərliyində təmizlik aksiyası keçirib


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi