olkepress.com
olkepress.com

FHN şəhid övladları üçün “açıq qapı günü” keçirdi

1-06-2024, 18:15

FHN şəhid övladları üçün “açıq qapı günü” keçirdi

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində şəhid övladı olan uşaqlar üçün “açıq qapı günü” keçirilib.

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və Şimal Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Etibar İsmayılov, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının, o cümlədən hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında Dövlət Bayrağı meydana gətirilib, Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən natiqlər Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında şanlı Ordumuz tərəfindən cəmi 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu, 30 ilə yaxın müddətdə düşmən işğalında olan dədə-baba torpaqlarımızın azad olunduğunu fəxarət hissi ilə qeyd ediblər. Torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş müqəddəs şəhidlərimizin tarixi qəhrəmanlıqları heç zaman unudulmayacaq.

“Açıq qapı günü”ndə uşaqlara Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri və Xaçmaz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası, avadanlıqları təqdim olunub, uşaqların sualları cavablandırılıb. Xilasedicilərin nümunəvi təlimi isə uşaqlarda böyük marağa səbəb olub.

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və uşaqların fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər, yarış və müsabiqələr keçirir, maarifləndirici sosial videoçarxlar hazırlayaraq KİV vasitəsilə yayır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi