olkepress.com
olkepress.com

Növbəti “Azercell” mütəxəssisi kibertəhlükəsizlik üzrə yarışmada birinci oldu

1-03-2024, 17:31

Növbəti “Azercell” mütəxəssisi kibertəhlükəsizlik üzrə yarışmada birinci oldu

Azercell”in Təhlükəsizlik departamentinin əməkdaşı Cavid Cabbarlı 17-24 yaş gənclər arasında kibertəhlükəsizlik üzrə (kiberhücum, kibermüdafiə və kibermühəndislik qollarını əhatə edən) “Skills Azerbaijan” milli yarışında fərdi yarışda 24 iştirakçı arasından seçilərək “Red Team” istiqaməti üzrə ölkə birincisi olub. Onun təmsil olunduğu komanda da maksimal xal toplayaraq birincilik qazanıb.

Ümumilikdə yüksək nəticə göstərən uğurlu iştirakçılar “WorldSkills Azerbaijan” milli komandasına daxil olaraq, 80-dən çox ölkənin qatılacağı “WorldSkills Lyon 2024” yarışında iştirak etmək fürsəti qazanıb. Komandalar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində sözügedən beynəlxalq yarışda iştirak üçün hazırlığa cəlb olunublar.

“Skills Azərbaycan” milli yarışının imtahan mərhələsində iştirak üçün 250 namizəd müraciət etmişdi. Onlardan 24-ü final mərhələsinə qatılmaq hüququ qazanmışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi