olkepress.com
olkepress.com

Mövsüm Əhmədin bacısının əziz xatirəsinə həsr etdiyi şeir

8-12-2023, 20:58

Mövsüm Əhmədin bacısının əziz xatirəsinə həsr etdiyi şeir

Mövsüm Əhmədin bacısının əziz xatirəsinə həsr etdiyi şeir.

ZİTA

Yaxın qohumların başı üstündə,
Yandı ömrü boyu çılçırağ kimi.
Ecazakar sevgisi, istiliyilə,
Qızdırdı hər kəsi bir ocağ kimi.
Daim doğmaların ətrafında o,
Qaynadı gur axan bir bulağ kimi.
Yaşadı dünyada ləkəsiz, səhvsiz,
Həyat dosyesi bir ağ varağ kimi.
Fəqət qatlansa da, əzablara o,
Əsdi üstümüzdə bir yarpağ kimi.
Taqətsiz, üzülmüş, zəif canıyla,
Durdu arxamızda möhkəm dağ kimi.
Behiştdir məkanın günahsız bacım,
Artıq nur çilənmiş bir məzardasan.
Köçdün bu dünyadan tərttəmiz bacım,
Cənnət müjdələyən Haqq dünyadasan.
O, altmış dörd illik ömründə Zita,
Büsbtün ömrünü elədin ehsan,
Demirəm ey bacı sənə əlvida,
Bir gün məmimçün də yetişər zaman.
Görüşərik haqqı-axirətdə biz,
Qovuşarıq ruzi-qiyamətdə biz.

Mövsüm Əhməd


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi