olkepress.com
olkepress.com

Almaxanım- doğum günün mübarək!

17-08-2023, 13:37

Almaxanım- doğum günün mübarək!

Almaxanım- doğum günün mübarək!

Almaxanım Əhmədli 2001-ci il avqust ayının 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Görkəmli ədəbiyyatşünas alim, şair, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin qızıdır. 2006 - 2014-cü illərdə S. C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında oxumuşdur. 2017- ci ildə Bakı şəhəri M.Ə.Sabir adına orta məktəbi əla qiymətlərlə bitirmişdir. 2017-ci ildə Səid Rüstəmov adına Bakı şəhəri 13 saylı musiqi məktəbinin "Muğam" şöbəsini qırmızı diplomla bitirmişdir. 2017-ci ildə Azərbaycan Milli Konservatoriyasının Solo oxuma fakültəsinə daxil olub.2021-ci ildə Azərbaycan Milli Konservatoriyasını bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrarura pilləsinə daxil olub.Bu ilin yanvarında İncəsənət Universitetini " Fərqlənmə" diplomu ilə bitirib.( Xalq artisti Teyyub Aslanovun kursunu)

2023-ci il may ayının 29- da Heydər Əliyev Sarayında Az.TV- nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, bir çox müsabiqələrin mükafatçısı, gənc və istedadlı ifaçı Almaxanım Əhmədlinin solo konserti olub.Konsert anşlaqla keçib. Bu sayca gənc xanəndə, şöhrətli ifaçı, milyonların sevimlisi olan müğəninin sayca 4- cü solo konserti idi.
2023-ci il 3 mayda Pakistanda ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə səfirliyimizin keçirdiyi tədbirdə Almaxanım Əhmədli “Bayatı- türk” muğam triosu ilə çıxış edib
2022-ci il 26 dekabrda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə İsveçin Malmö şəhərində konsert vermişdir.
2022-ci il 28-29 mayda Beynəlxalq Muğam Mərkəzində ikinci solo konsertini vermişdir.
2021-ci ildə Moskvada Çaykovski adına Konservatoriyanın Raxmaninov salonunda konsert proqramında çıxış edib.
2019-cu ildə Qüdsdə solo konserti olub.
2018-ci ildə Tacikistanın Düşənbə şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə solo konsert verib.
2017-ci ildə Beynəlxalq Muğam Mərkəzində ilk solo konsertini verib.
V Respublika Muğam Müsabiqəsi — 1-ci yeri qazanıb.
2017-ci ildən Aztv-nin solisti kimi fəaliyyət göstərir.
2017-ci ilin iyun ayının 12-də Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi — baş mükafatçısı olmuş, "Qran Piri" mükafatı ilə təltif olunmuşdur.[ Almaxanım Əhmədlinin müsabiqə ərzində oxuduğu dəstgahlar teleradionun "qızıl fond"unda saxlanılır. Azərbaycannın əməkdar artisti, xanəndə Təyyar Bayramovun Konservatoriyada tələbəsi olub.
2014-cü ilin oktyabr ayının 7-dən televiziya ekranlarında çıxış edir.Hal-hazırda Amerikanın 7, Avropanın 4 televiziyasında ifaları yayımlanır. Repertuarında muğam dəstgahları, bəstəkar və xalq mahnıları ilə yanaşı estrada, aşıq, eləcə də əcnəbi dillərdə oxuduğu nəğmələr yer tutur.
2014-cü iln mart ayında türk xalqları üzrə beynəlxalq musiqi müsabiqəsinin qalibi kimi "Bürünc" medala layiq görülmüş və diplomla təltif olunmuşdur.
2014-cü ilin iyul ayının 13-də muğam, təsnif, xalq və bəstəkar mahnılarından ibarət "Qarabağ" adlı ilk audio diski işıq üzü görmüşdür.Daha sonralar bəstəkar mahnılarlndan ibarət " Azərbaycan" adlı növbəti distki heyranlarının dinləməsinə təqdim olunub.

Almaxanım dünyamın bir çox ölkələrində milli musiqimizi təbliğ və təmsil edib: Almaniya, İsveç, Danimarka, Türkiyə, Pakistan, Tacikistan, Gürcüstan, İsrail, Fələstin, Rusiya və.s.Almaxanım öz ürərində çalışır, yeni nəğmələr, muğam dəstgahları yazdırır.Dövlət tədbirlərində çıxış edir.Gənc ifaçımızın doğum gününü təbrik edir, ona sənət yollarında, eləcə də yeni qurduğu ailəsində uğurlar, xoşbəxtlik arzu edirik.Murad bəylə qoşa qarısınlar! Doğum günün mübarək- sevimlimiz! Var ol!Şöhrətin cahana yayılır- səninlə fəxr edirik...
Almaxanım- doğum günün mübarək!
Almaxanım- doğum günün mübarək!
Almaxanım- doğum günün mübarək!
Almaxanım- doğum günün mübarək!
Almaxanım- doğum günün mübarək!


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi