olkepress.com
olkepress.com

AMEA Folklor İnstitutunun dosenti “ALTUN YILDIZ MEDALYASINA” layiq görülüb

1-06-2023, 23:38

AMEA Folklor İnstitutunun dosenti “ALTUN YILDIZ MEDALYASINA” layiq görülüb

Olkepress.com xəbər verir ki, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Türkiyə Cümhuriyyəti Türk Dünyası Araşdırmaları Uluslararası İlimler Akademisi tərəfindən “Türk dünyası ədəbiyyatına və Folkloruna üstün hizmetlerinden dolayı ” “ALTIN YILDIZ MEDALYASI” na layiq görülmüşdür. Azərbaycan üzrə bu mükafata- Arif Paşayev, Cəmil Əliyev, Xoşbəxt Yusifzadə, Hüseynağa Qurbanov, Çingiz Fərzalıyev, Eyyub Eyyubov, Səyyarə İbadullayeva, Elxan Mikayılov, Rafiq Novruzov, Zəfər Məmmədov kimi görkəmli şəxsiyyətlər layiq görülmüşdür.
Qeyd edək ki, İlhamə Cəlal qızı Qəsəbova ziyalı ailəsində anadan olmuşdur. Bakı Dövlət Universitetinin filologiya fakultəsində təhsil alıb.
1998-2014-cü illərdə BDU-nun Qazax filialında “Azərbaycan dili, Ədəbiyyat və onun tədrisi metodikası” kafedrasında baş müəllim vəzifəsində çalışıb. 2014-cü ildən AMEA Folklor İnstitutunda çalışır, hazırda aparıcı elmi işçi vəzifəsində çalışır. Müxtəlif illərdə Bakı Dövlət Universitetinin Qazax filialında, Azərbaycan İnşaat və Memarlıq Universitetində pedaqoji fəaliyyət göstərib, hazırda Bakı Avrasiya Universitetində də pedaqoji fəaliyyət göstərir.
İlhamə Qəsəbova AMEA-ın Folklor İnstitutunun aspiranturasında təhsil alıb. 2014-cü ildə “XX əsr Qazax aşıq mühiti” mövzusunda filologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmiş, Filologiya üzrə fəlsəfə doktoru adını, 2018-cı ildən dosent elmi adını almışdır.
2021-ci ildə AMEA Folklor İnstitutunun “Folklorşünaslıq” ixtisası üzrə filologiya üzrə elmlər doktorluğu üzrə doktoranturasına qəbul olub. Hazırda “Ozan-aşıq-baxşı yaradıcılığında ənənə performativlik və variativlik problemləri" mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. Azərbaycan da daxil olmaqla Türkiyə, Gürcüstan, Rusiya, Fransada, Özbəkistanda keçirilən konfrans və simpoziumlarda, festifallarda fəal iştirak edir.
İlhamə Qəsəbova Dövrü mətbuatda tez-tez məqalələrlə çıxış edir. "Məni də apar, komandir" romanının müəllifidir. Televiziya və radio proqramlarında çıxışlar edir.
2011-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qazax ziyalıları ilə görüşündə iştirak etmişdir. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Prezident təqaüdünə" layiq görülmüşdür. Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Aşıqlar Birliyinin üzvü, Dünya Kırım-Tatar dərnəyinin Azərbaycan təmsilçisidir.
AMEA Folklor İnstitutunun dosenti “ALTUN YILDIZ MEDALYASINA” layiq görülüb
AMEA Folklor İnstitutunun dosenti “ALTUN YILDIZ MEDALYASINA” layiq görülüb
AMEA Folklor İnstitutunun dosenti “ALTUN YILDIZ MEDALYASINA” layiq görülüb

AMEA Folklor İnstitutunun dosenti “ALTUN YILDIZ MEDALYASINA” layiq görülüb


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi