olkepress.com
olkepress.com

Bakıda qəza törədən “Galenvagen" dövlət nömrə nişanını GİZLƏTDİ

7-09-2022, 12:24

Bakıda qəza törədən “Galenvagen" dövlət nömrə nişanını GİZLƏTDİ

Bakının Yasamal rayonunda avtonəqliyyat hadisəsi baş verib.

Ölkəpress.com axar.az-a istinadla xəbər verir ki, yolun əks istiqamətindən qarşı-qarşıya gələn “Galenvagen" markalı avtomobillə SAB şirkətinə məxsus "Ford” markalı mikroavtobus toqquşub.

Hadisədən dərhal sonra “Galenvagen" markalı avtomobilin sürücüsü dövlət nömrə nişanını gizlətməyi də unutmayıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobillərə ciddi ziyan dəyib. Bundan başqa, yol kənarında dayanan başqa bir mikroavtobus da qismən zədələnib.

Qəza yerinə yol polisi əməkdaşları cəlb edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi