olkepress.com
olkepress.com

Bu çörəyin qiyməti ikiqat bahalaşdı - VİDEO

2-09-2022, 10:50

Bu çörəyin qiyməti ikiqat bahalaşdı - VİDEO

Unun qəymətinin qalxmasından sonra 50 qəpiklik zavod çörəyinin qiymətində 15 qəpik, hətta daha çox bahalaşma müşahidə edildi. Artıq bu bahalaşma çovdar tərkibli qara çörəklərdə də baş verir.

Ölkepress.com "XƏZƏR XƏBƏR"ə istinadən xəbər verir ki, əzi çovdar tərkibli çörəklərin qiymətində iki, hətta üçqat bahalaşma müşahidə olunur.
Alıcılar bildiriblər ki, həmişə 0.80-1 manat civarında aldıqları qara çörək indi iki manatdan da baha qiymətə mağaza piştaxtalarına qoyulub.

Bəzi çörək zavodlarından qeyd edilib ki, pəhriz çörəklərindəki qiymət artımı xammalların bahalaşması ilə bağlıdır.

Digər çörək zavodlarından da bildirilib ki, çörəklərin bir-birinə nisbətən daha baha olması istehsal texnologiyası və tərkibində olan komponentlərlə bağlıdır. Həmçinin bununla yanaşı, çövdar unu, çovdar səmənisi və digər məmulatlar xaricdən gətirilir ki, hazırda dünyada müşahidə olunan siyasi-iqtisadi vəziyyət idxal xərclərinə də təsir edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi