olkepress.com
olkepress.com

Samur-Abşeron kanalı antisanitar vəziyyətdədir - VİDEO

15-08-2022, 11:34

Samur-Abşeron kanalı antisanitar vəziyyətdədir - VİDEO

Samur-Abşeron su kanalında antisanitar vəziyyət hökm sürür.

Xezerxeber.az-ın məlumatına görə, su kanalı zibil və çirkabın içindədir.

Kanalınn Novxanı-Görədil yolunun kənarından keçən hissəsində çirkab, üfunət baş alıb gedir. Sakinlər bildirirlər ki, səbəb əraziyə zibil konteynerlərinin qoyulmaması, bəzi sakinlərin, eləcə də Novxanı çimərliyinə gedənlərin zibil tullantılarını bu kanala atmasıdır.

Məsələyə münasibət bildirən "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mətbuat katibi Dilqəm Şərifov problemdən xəbərdar olduqlarını və sözügedən kanalın mütəmmadi olaraq təmizləndiyini deyib.

Dilqəm Şərifov onu da bildirib ki, həmin kanalın Novxanı çimərliyinə aidiyyəti yoxdur. Sadəcə olaraq kanal Novxanı çimərliyinə gedən yolun üzərində yerləşir.



Ölkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi