olkepress.com
olkepress.com

Elgiz Əkbər:"İşləməyən kişiləri atın çölə" - VİDEO

11-08-2022, 19:50

Elgiz Əkbər:"İşləməyən kişiləri atın çölə" - VİDEO

"Harınlayanlar var. İşləməyən kişiləri qadınları atsınlar çölə".

Ölkepress.com xəbər verir ki, bu sözləri ARB televiziyasının efirindəki verilişində aparıcı Elgiz Əkbər deyib. O bildirib ki, elə kişilər var ki, qadınları işlədir. Amma özünün dili uzundu. Bu zaman boşanmaq lazımdır:
"Heç bir işlə məşğul olmursan, bir corab alıb gətirmirsən, dilin də nə boyda çıxır. Qadın niyə dözməlidir? Qadın dözməli deyil. Mən o qadınlara haqq verirəm. Elə kişiləri atsınlar çölə, əşyaları ilə birgə qovsunlar evdən".

Elgiz Əkbər qeyd edib ki, kişi əli çörəyə çatmayana qədər evlənməməlidir:

“Canı çıxsın, lap elə "karyer"də daş atsın. Evlənibsəbsə, evinə çörək gətir. Sən kiminsə qızını evinə gətirmisən, uşaq dünyaya gəlib. Bunlar ac qalmalı deyil axı. İnsan əli çörəyə çatanda evlənməlidir".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi